Əyani təhsil forması üzrə mütəxəssis hazırlığı aparılan bütün ixtisaslara, qiyabi təhsil forması üzrə “torpaqşünaslıq və aqrokimya”, “aqronomluq”, “ekologiya”, “yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “istehlak mallarının ekspertizası və marketinqi”, “zoomühəndislik”, “aqromühəndislik”, “yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”, “elektrik və elektronika mühəndisliyi”, “informasiya texnologiyaları”, “meliorasiya mühəndisliyi”, “mühasibat”, “maliyyə”, “iqtisadiyyat”, “marketinq” və “biznesin idarə edilməsi” ixtisaslarına.
Təkrar ali təhsil ödənişli formada vətəndaşlar, həmçinin müəssisə, təşkilat və idarələrlə Universitet arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər diplomları mövcud qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra təkrar ali təhsil ala bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (diploma əlavə ilə birlikdə);
- İş yerindən arayış (işlədiyi halda);
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqını ödəmək haqqında fərdi müqavilə.
2022-ci ilin məzunları diplom əvəzi – müvəqqəti arayış təqdim edə bilərlər. Sənədlər iyunun 10-dan sentyabrın 10-dək (istirahət günlərindən başqa) şəxsən və ya onlayn formada qəbul edilir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun ödənilməlidir. Təhsili müvəffəqiyyətlə başa vuranlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450.
E-mail: xalsa_nesibova@mail.ru
Telefon: (022) 266-89-57