Balıq məhsulları istehsalının texnologiyası kafedrası

“Balıqçılıq” ixtisası üzrə kadr hazırlığına 2009-cu ildən başlanmışdır. Bu ixtisas tədris olunmağa başlandığı ilk illərdən başlayaraq hazırlanacaq kadrların bilik və bacarıqlarını artırmaq, onlarda praktiki balıqyetişdirmə vərdişlərini aşılamaq məqsədilə ADAU-da maddi texniki bazanın gücləndirilməsi işlərinə başlanmışdır. Belə ki, 2013-cü ildə “Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası” kafedrasının nəzdində “Qapalı balıqyetişdirmə laboratoriyası”, müxtəlif həcmli akvariumlar, hovuz üsulu ilə balıqların yetişdirilməsi üçün həcmi 20 m3 olan 16 ədəd beton hovuz tikilərək istifadəyə verilmişdir. Yaradılmış maddi texniki baza əsasında “Balıqçılıq” ixtisası üzrə təhsil alan tələbələrə balıqların yetişdirilməsi, yemləndirilməsi, törədici balıqların saxlanması, onlardan cinsiyyət vəzilərinin alınması, kürülərin mayalandırılması, balıq sürfələrinin yetişdirilməsi, balıqlar üçün canlı yemlərin yetişdirilməsi və s. üzrə biliklər əyani şəkildə tədris olunur. Təsadüfi deyil ki, ADAU-da “Balıqçılıq” ixtisası üzrə bakalavr səviyyəsində bitirən 20-dən artıq tələbə öz təhsillərini magistr səviyyəsində başa vurmuş və onlar hazırda Respublikamızın müxtəlif elmi, tədris, balıqçılıq təsərrüfatı və digər müəssisələrdə uğurla fəaliyyət göstərirlər.

Balıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrası

2020-ci il avqust ayında ADAU-nun “Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası” kafedrasının bazasında “Balıq məhsulları istehsalının texnologiyası” kafedrası yaradılmış və kafedraya rəhbər biologiya elmləri doktoru, dosent N.C.Mustafayev seçilmişdir.

Hazırda kafedrada “Balıqçılıq” və “Balıqçılıq təsərrüfatı işi” ixtisasları üzrə 176 bakalavr, 8 magistr tələbə təhsil alır.

Balıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrası

Kafedrada “Azərbaycanın daxili su hövzələrində yaşayan vətəgə əhəmiyyətli balıqların müasir vəziyyəti, onlardan səmərəli istifadə olunması yolları, təsərrüfat əhəmiyyətli balıq növlərinin artırılması üsulları” adlı elmi tədqiqat mövzusuna daxil olan aşağıdakı 3 elmi tədqiqat işi yerinə yetirilir: 1. “Gəncəçay, Qoşqarçay və Şəmkirçay çaylarının ixtiofaunasının müasir vəziyyəti, bölgədə faydalı qazıntıların işlənməsi ilə əlaqədar ixtiofaunaya dəyə biləcək zərərin qiymətləndirilməsi”; 2. “Şəmkir su anbarında vətəgə əhəmiyyətli balıqların müasir vəziyyəti və onların ehtiyatlarından səmərəli istifadə olunması yolları”; 3. “ADAU-nun qapalı və açıq balıqyetişdirmə laboratoriyalarında Afrika naxasının – Clarias gariepinus (Burchell, 1822) yetişdirilmə biotexnologiyasının elmi əsaslarla hazırlanması”.

Balıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrasıBalıq məhsulları istehsalının texnologiyası kafedrası

Kafedranın professor-müəllim heyəti – 1 nəfər biologiya elmləri doktoru, dosent, 2 nəfər aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər baş müəllim, 5 nəfər assistentdən ibarətdir.

KAFEDRA MÜDİRİ


Mustafayev Namiq Canəli oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Vəliyev Şakir Əbdülqasım oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Həsənov Namiq Məhərrəm oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



İbrahimova Sənəm Zabit qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Lətafət İlham qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Hümmətli Nicat Valeh oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Qarayeva Nailə İnayət qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Xudiyeva Turanə Surxay qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Günel Bəndər qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əzizova Gülüstan Əlhüseyn qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)