Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrası

1922-ci ildən yaranan xüsusi heyvandarlıq kafedrasına professor N.D.Potyomkin rəhbərlik etmişdir. Həmin kafedraya 1929-1930-cu illərdə Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinin bazasında Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır və xüsusi heyvandarlıq kafedrasının müdiri dosent F.Ə.Məlikov 1961-ci ilə kimi kafedraya başçılıq etmişdir.

Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər doktoru olmuş F.Ə.Məlikov. 1947-ci ildə rəhbərlik etdiyi elmi tədqiqat işlərinin nəticəsi olaraq zərif yunlu “Azərbaycan dağ merinosu” qoyun cinsi yaratmışdı və ona görə həmin ildə bütün yaradıcı qrupa SSRİ Dövlət mükafatı verilmişdir. 1958-ci ildə F.Ə.Məlikov Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsində işləmişdir. Onun rəhbərliyi altında 20-dən çox elmlər doktoru və elmlər namizədi yetişdirilmişdir. Məhz onun gərgin əməyi nəticəsində 1959-cu ildə "Qonur Qafqaz" qaramal cinsi yaradılmışdır.

Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasıHeyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasıHeyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasıHeyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrası

1961-ci ildən kafedraya əməkdar zootexnik, professor R.M.Mehdiyev rəhbərlik etmişdir. O Respublikada qoyunçuluğun keyfiyyətcə yaxşılaşdırılması sahəsində geniş işlər aparmış və ətlik-yunluq tipli yüksək məhsuldar zərifyunlu qoyun sürüləri yaratmışdır.

2003-cü ilin may ayından 2020-ci ilin avqust ayına kimi qeyd olunan kafedraya professor Q.Q.Abdullayev rəhbərlik etmişdir.

Vaxtı ilə xüsusi heyvandarlıq adlanan kafedra hal hazırda «Heyvandarlıq məhsulları istehsalının texnologiyası» kafedrası adlandırılır və kafedraya dosent Rafiq Allahverdiyev rəhbərlik edir.

Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasıHeyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasıHeyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasıHeyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrası

Kafedra Türkiyə, Rusiya, Ukrayna, ABŞ və heyvandarlıq sahəsində tanınmış digər dövlətlərin kənd təsərrüfatı ilə bağlı universitetlər ilə tədris və elmi istiqamətdə əməkdaşlıq edir.

Kafedra əməkdaşları vaxtaşırı ADAU-nun Tədris təcrübə təsərrüfatında, fermer təsərrüfatlarda öz məsləhətlərini verir və tədqiqat işlərini aparırlar.

Kafedranın professor – müəllim heyəti 12 nəfərdən (1 professor, 3 dosent, 3 baş müəllim, 5 nəfər assistent) ibarətdir.

KAFEDRA MÜDİRİ


Allahverdiyev Rafiq Bayram oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Abdullayev Qənbər Qara oğlu
Professor
HAQQINDA MƏLUMAT (CV)



Səmədov Məhəmməd Əhəd oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Sadıqov Sami Tofiq oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Vəliyev Sübhan İlyas oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Pənahova Tahirə Tofiq qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əmiri Günel Sərdar qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Yusubova Südabə Zakir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Mustafayeva Raifə Bayram qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rüstəmova Aygül Elbrus qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Səmədova Nigar Məhəmməd qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)