Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası

1929-cu ildən 1932-ci ilə kimi Ümumi heyvandarlıq kafedrası adı ilə professor İ.İ.Kaluqin rəhbəri olduğu kafedra, 1932-ci ildən kənd təsərrüfatı heyvanların yetişdirilməsi kafedrası adlandırılır və ona ÜİKTEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmlər doktoru, professor A.Ə.Ağabəyli 1966-cı ilə qədər rəhbərlik etmişdir.

Professor A.Ə.Ağabəyli öz iş fəaliyyətini qaramalın yaxşılaşdırılmasında Azərbaycan və digər dövlətlərin zebu cinslərindən istifadə olunmasını, respublikamıza kənardan gətirilmiş yüksək məhsuldar müxtəlif növ heyvan cinslərin yerli şəraitə uyğunlaşması kimi məsələlərə həsr etmişdir. Professor A.Ə.Ağabəylinin əsas nailiyyəti Azərbaycanın yerli camışlarının təkmilləşdirilməsindən və 1970-ci ildə Qafqaz camış cinsi kimi təsdiq edilməsindən, Azərbaycan və rus dillərində “Camışçılıq” dərsliklərin dərc edilməsindən ibarət olmuşdur.

Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası

1966-cı ildən 1992-ci illərdə kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi kafedrasına Azərbaycan SSR-nin Əməkdar elm xadimi, Kənd təsərrüfatı elmlər doktoru professor Z.Q.Verdiyev rəhbərlik etmişdir. O, 3 hissəli “Maldarlıq", ”Atçılıq” və ”Zebuçuluq” dərsliklərinin müəllifidir. Professor Z.Q.Verdiyev uzun müddət SSRİ zebuçuluq şurasının sədri olmuşdur. Böyük və məhsuldar əməyinə görə Z.Q.Verdiyev bir sıra hökumət mükafatlarına layiq görülmüşdür. Bunların içərisində 2 qızıl, 1 gümüş medal, Respublika Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı, fəxri diplomlara layiq görülmüşdür.

1992-ci ildən 2001-ci ilə kimi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi» kafedrasına professor T.M.Turabov rəhbərlik etmişdir. «Qafqaz camış cinsinin Azərbaycanda südlük istiqamətdə yetişdirilməsinin genetik əsasları» mövzusunda geniş tədqiqat aparmış, professor T.M.Turabov 1990-cı ildə Azərbaycan Respublikasının Elmi-Texniki şurasında "Qafqaz" camış cinsini "Azərbaycan camış cinsi" adının verilməsi məsələsini irəli sürmüş və buna nail olmuşdur. 1970-ci ildə təsdiq olunmuş "Qafqaz camış cinsi"-nə 1990-cı ildə "Azərbaycan camış cinsi " adı verilir. Onun nəşr olunmuş çox sayda dərslikləri və dərs vəsaitlərindən hal hazırda alimlər və tələbələr tərəfindən geniş istifadə olunur.

Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası

1966-ci ildən 2002-ci ilə qədər Zoomühəndislik fakültəsinin kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və genetikası, sonralar kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası adı ilə fəaliyyət dövründə kafedrada professorlar M.H.Sadığov, Q.Q.Abdullayev, dosentlər: M.K.Mahmudov, V.İ.Həsənov, B.A.Axundova, Z.M.Salmanov, S.A.Abbasov., S.M.Surxayev., A.M.Quliyev və s. çalışmışlar.

2003-cü ildən 2020-ci ilə kimi cəmi bir kafedra “Heyvandarlıq və heyvandarlıq məhsulları istehsalının texnologiyası” kafedrası adı altında Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində fəaliyyət göstərmişdir. Kafedraya rəhbərlik kənd təsərrüfatı elmlər doktoru, professor Q.Q.Abdullayev rəhbərlik etmişdir.

2020-ci il sentyabr ayından kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası Zoomühəndislik fakültəsinin nəzdində sərbəst kafedra kimi fəaliyyətə başlamışdır. Kafedraya rəhbər dosent, ADAU-nun professoru S.A.Abbasov seçilmişdir. Onun bir sıra dərslikləri və dərs vəsaitləri “Maldarlıqda hibridləşmənin genetika əsasları”, “Genetika və seleksiyanın əsasları”, “Heyvandarlıq”, “Zebuçuluq”, “Heyvandarlıqdan praktikum” və “Maldarlığın əsasları və südçülük” böyük elmi maraq yaradır.

Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası

Hazırda kafedranın alimləri Türkiyə, Ukrayna, İran, Rusiya (Dağıstan) mütəxəssisləri ilə elmi əlaqələr saxlayır və koordinasiyalı tədqiqat işləri aparırlar.

Fəaliyyəti ərzində kafedra əməkdaşları tərəfindən 26 dərslik və dərs vəsaiti, bir monoqrafiya hazırlanıb nəşr edilmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Maldarlıq və Atçılıq” tədris mərkəzi kafedranın tabeliyində fəaliyyət göstərir və mütəmadi olaraq əməkdaşlar, magistrlar və tələbələr orada elmi tədqiqat işləri aparır.

Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasıKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrası

Kafedranın professor – müəllim heyəti 13 nəfərdən (3 dosent, 1 dosent (e.a.o.), 1 baş müəllim, 8 nəfər assistent) ibarətdir.

Hal-hazırda kafedraya dosent Turabov Urfan Turan oğlu rəhbərlik edir.

KAFEDRA MÜDİRİ


Turabov Urfan Turan oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


İsrafilov İsa Yunis oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Səfərov Xasafat Məhəmməd oğlu
A.e.ü.f.d., dosent
HAQQINDA MƏLUMAT (CV)



Qulubəyova Məhbubə Ədil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasov Ramiq Tofiq oğlu
Aqrar elm.üzrə fəl.dok, dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Qurbanova Nərgiz Şakir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Tahirə Fərrux qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Ağayeva Mehriban Rasim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Vəlizadə Sinan İlgiz oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Xəyalə Saleh qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Nağıyeva Aytən Bilal qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Nəcəfova Gülbəniz Kamil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Bağırova Gülnar Dəmir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)