MADDİ-TEXNİKİ BAZA

Eksperimental heyvandarlıq kompleksi
Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində 40 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması məqsədilə Eksperimental Heyvandarlıq Kompleksində heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi üçün tələbələrə bütün imkanlar yaradılmışdır.

MADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA

Qapalı və açıq balıqyetişdirmə laboratoriyası
“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı və açıq balıqyetişdirmə laboratoriyası” yaradılmış, burada 2 mindən çox balıq yetişdirilməsinə başlanmışdır.

Ərazidə 16 ədəd açıq su hovuzu inşa edilmişdir ki, onların hər birində müxtəlif cins balıqlar bəslənilir.

Laboratoriyada tələbələr balıq kürüsünün alınması, mayalandırılmasından başlayaraq, balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edir, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına da yiyələnirlər.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA

Quşçuluq tədris mərkəzi
Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəz­dində ümumi sahəsi 254 m2 olan “Quşçuluq tədris-təc­rübə mərkəzi” yaradılmışdır.

Mərkəzin yara­dılma­sın­da məqsəd quşçuluq sahəsində yüksək ­ix­tisaslı mütəxəs­sis­lərin hazırlanmasıdır.

Mərkəzin 200 m2 sahəsində müa­sir tələblərə cavab verən ferma inşa edilmiş, 30 m2 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olun­muşdur.

Burada kənd təsərrüfatı quşlarının bəs­lən­məsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində mü­asir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsulları və s. həyata keçi­rilir.

30-35 gün ərzində iki partiyada 3000 baş və mərhələdə 1500 baş broyler cinsli quş yetiş­diril­mişdir. Mərkəzdə 4 nəfər tələbə işlə təmin edilmişdir.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA