“Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib

YAP Gəncə şəhər təşkilatının 3 saylı (Azərbaycan Dövlət Aqrar Universiteti) ərazi partiya təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, görkəmli alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilir, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

“Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır”- deyə YAP Gəncə şəhər 3 saylı (ADAU) ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənnlər kafedrasının müdiri Azad Bayramov qeyd edib.

Tədbirdə çıxış edənlər qeyd bildiriblər ki, Ümummilli Liderin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.


“Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib
“Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib“Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib“Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib“Tarix yazan oftalmoloq Zərifə Əliyeva” adlı tədbir keçirilib