
Layihə çərçivəsində xarici mütəxəssisin tələbələrlə birlikdə ölkəmizin heyvandarlıq təsərrüfatlarına səfəri də nəzərdə tutulub. Odur ki, aprel ayının 5,6,7-də baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı Telman İsgəndərovun və doktor Brainin iştirakı ilə baytarlıq ixtisası 3-cü kurs tələbələrinin (9 nəfər) İsmayıllı rayonu İvanovka kəndindəki Nikitin adına kolxoza və Qəbələ rayonu "Gilan Holdinq Aqrar Kompleks MMC"-yə səfəri təşkil olunub.