ADAU-nun TGT İdman Klubunun təşkilatçılığı ilə futbol yarışı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) İdman Klubunun təşkilatçılığı ilə fakültələrarası futbol yarışı keçirilib.

Yarış zamanı komandalar meydanda həm fiziki hazırlıq səviyyələrini, həm də kollektiv oyun bacarıqlarını nümayiş etdirərək tamaşaçılara maraqlı və dinamik futbol qarşılaşmaları təqdim ediblər.

Final qarşılaşmasında İqtisadiyyat və Zoomühəndislik fakültələrinin komandaları qarşı-qarşıya gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 5:3 hesabı ilə İqtisadiyyat fakültəsinin qələbəsi ilə yekunlaşıb. Ardıcıl hücumlar və effektiv komanda oyunu nəticəsində İqtisadiyyat fakültəsi meydandan qalib ayrılıb.


ADAU-nun TGT İdman Klubunun təşkilatçılığı ilə futbol yarışı keçirilibADAU-nun TGT İdman Klubunun təşkilatçılığı ilə futbol yarışı keçirilibADAU-nun TGT İdman Klubunun təşkilatçılığı ilə futbol yarışı keçirilibADAU-nun TGT İdman Klubunun təşkilatçılığı ilə futbol yarışı keçirilib
ADAU-nun TGT İdman Klubunun təşkilatçılığı ilə futbol yarışı keçirilib