Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsinə başlanıb.
Bu proqram çərçivəsində ilk seminar Aqrar Universitetin yeni tədris binasında prof. dr. Fazilet Alayuntun “COVİD-19 özelinde iş sağlığı ve güvenliği” mövzusunda təşkil olunub.
Seminarda Aqromühəndislik, Torpaqşünaslıq və aqrokimya və Zoomühəndislik fakültələrinin professor-müəllim heyəti və magistr tələbələri iştirak ediblər.