
Bu əməkdaşlıq çərçivəsində İstanbul Universitetinin Su bilimləri fakültəsinin müəlimi, doktor dosent Farhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib. Mühazirələr və təcrübə saatları oktyabrın 19-na kimi davam edəcək. Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti və digər mövzularda mühazirlər dinləyəcək, təcrübə dərsləri keçəcəklər.