İstehsalat təcrübəsindən peşəkar karyeraya

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi Emil Talıbov istehsalat təcrübəsini “Agro Dairy” şirkətində uğurla başa vuraraq işlə təmin olunub.

Təcrübə müddətində nümayiş etdirdiyi məsuliyyətli yanaşma, peşəkar bacarıqları və yüksək işgüzarlığı şirkət rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib. Nəticədə Emil Talıbov zootexnik vəzifəsinə təyin olunaraq fəaliyyətini şirkətdə daimi əməkdaş kimi davam etdirəcək.

Qeyd edək ki, ADAU-da təşkil olunan istehsalat təcrübələri tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, əmək bazarına uğurla inteqrasiya olunmasına və peşəkar karyera qurmasına mühüm töhfə verir.

Emil Talıbovu təbrik edir, gələcək peşə fəaliyyətində uğurlar arzulayırıq.


İstehsalat təcrübəsindən peşəkar karyeraya