Konstitusiya Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Zoomühəndislik fakültəsində 12 noyabr - Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə dövlətin Əsas Qanununu- Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd edib.

Sonra çıxış edən İctimai fənlər kafedrasının əməkdaşları Ə.Kazımov, S.Abdullayeva, Ç.Səfərova və S.Əlizadə Konstitusiyanın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətindən, əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi vacib məsələlərin qoyulduğunu nəzərə çatdırıblar.

Tədbir tələbələrlə diskusiya şəkilində işini davam etdirib.


Konstitusiya Gününə həsr olunan tədbir keçirilibKonstitusiya Gününə həsr olunan tədbir keçirilibKonstitusiya Gününə həsr olunan tədbir keçirilibKonstitusiya Gününə həsr olunan tədbir keçirilib