Zoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “FunniFy” proqramı çərçivəsində "Aqrar Gənclik - Qış Kuboku" adlı futbol turnirinin final oyunu keçirilib.

Gəncə Gənclər Evinin təşkilati dəstəyi ilə keçirilən turnirin final oyunu Aqronomluq və Zoomühəndislik fakültələri arasında Gəncə - AzFar stadionunda baş tutub. 90 dəqiqə davam edən oyunun sonunda 3-2 (penalti seriyası) hesabla Zoomühəndislik fakültəsi "Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olub.

I yerə layiq görülən komanda kubok və medallarla, II yerə layiq görülən komanda isə medallarla təltif ediliblər.

Oyunun sonunda Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və Zoomühəndislik fakültəsinin dekanı Qənbər Abdullayev çıxış edərək tələbələrə uğurlar arzu ediblər.


Zoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olubZoomühəndislik fakültəsi “Aqrar Gənclik - Qış Kuboku" turnirinin qalibi olub