Tələbələr Ağdaş Yem Fabrikində

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Zoomühəndislik fakültəsinin II kurs tələbələri Ağdaş Yem Fabrikində olublar.

Bitkiçilik kafedrasının müəllimi Gülnarə Abbasovanın rəhbərliyi ilə tələbələr zavodun fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olublar. Onlar zavodda xammalın qəbulu, yemin alınması və istehsal prosesini izləyib, zoomühəndislərlə birgə fabrikin toyuq-cücə, iribuynuzlu və xırda buynuzlu heyvanlar üçün olan bölmələrində iş prosesi ilə maraqlanıblar.


Tələbələr Ağdaş Yem FabrikindəTələbələr Ağdaş Yem FabrikindəTələbələr Ağdaş Yem Fabrikində